Sosial

“Bu, xaosdur, “şum”dur” – Deputat

“Bu, xaosdur, “şum”dur” – Deputat

Milli Məclisin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

Demokrat.Az-ın xəbərinə görə, parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir:

“Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur… Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

D
demokrat.az