Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.
Demokrat.Az xəbər verir ki, bu barədə "qafqazinfo.az" saytı məlumat yayıb.
Məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.
Sayt Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib.
O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.
Allah rəhmət eləsin!


