Kriminal

Əsirlikdə olmuş azərbaycanlılardan məhkəmədə şok sözlər: "28 il keçsə də, həmin işgəncələri unutmamışam"

Əsirlikdə olmuş azərbaycanlılardan məhkəmədə şok sözlər: 28 il keçsə də, həmin işgəncələri unutmamışam

Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda cinayət işində olan sənədlər tədqiq edilib.

Daha sonra zərərçəkmiş Kamil Babayev bildirib ki, təqsirləndirilən şəxslərin fotoları təqdim olunub: "Bir qədər fikirləşmədən sonra onları tanıdım. Onların Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç olduğunu bildirdim".

Xosrovyan Alyoşa Aramaisoviç iddia edib ki, zərərçəkmiş Kamil Babayevi tanımır. Zərərçəkmiş Şuşa həbsxanasında 8nu tanınmasını, onu döyməsini bildirib. Xosrovyan türmədə olmadığını deyib.

Kamil Babayev bildirib ki, türmədə 1994-cü ildə olub: "Tanınmaya 5-6 şəkil təqdim olundu. Xosrovyanı əlamətlərindən tanıdım. Xosrovyan bizimlə Azərbaycan dilində danışırdı".

Mkrtiçyan Lüdvik bildirib ki, 1993-cü ilin aprelində Suqovşanda olub. Onun sözlərinə görə, iyul-avqust aylarında isə Hadrutda döyüşlərdə iştirak edib.

Zərərçəkmiş Famil Əliyev deyib ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin tanınması ilə bağlı yönləndirici hərəkət olmayıb: "Təqsirləndirilən şəxsləri cavanlıq fotolarından tanıdım. Yaşlı vaxtlarında çəkilmiş fotolarından isə gözlərindən tanıdım. Təqsirləndirilən şəxsləri biz Yoxa və Alyoşa kimi tanımışıq. Biz orada olanda bu şəxsləri öz adları ilə yox, Yoxa və Alyoşa kimi çağırırdılar".

Zərərçəkmiş Zahid Həsənov deyib ki, 1994-cü ilin aprel ayında Alyoşa Xosrovyan onu Xankəndi xəstəxanasından Şuşa türməsinə aparıb: "Xankəndindən bizi götürəndə başladı işgəncələr verməyə. Daha sonra Şuşa türməsində siqaret çəkmək üçün ayrılmış yerdə məni gördü tanıdı və yenidən işgəncə verdi. Alyoşa Xosrovyanın şəkildə görən kimi tanıdım, amma Mkrtçyanı birinci tanımadım. Sonra əlindəki yazıdan və sifət cizgiləri sən tanıdım".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ermənilər türklərə daim nifrət edib: "Bizə deyirdilər niyə döyüşürdünüz?" Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər: "İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam".

Zərərçəkmiş Hüseyn Cavid qeyd edib ki, istintaq dövründə təqsirləndirilən şəxsləri tanımaqla bağlı təsir olmayıb: "Biz ora xoş nəticəyə getməmişil, əsir düşmüşdük. 28 il keçsə də, həmin işgəncələri unutmamışam. Hər gün gözümün qabağında canlanır. İlk biz fotosunu göstərən də Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun Yoxa olduğunu dedim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən bunu "Lüdvik" deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın, başını aşağı salaraq tanıdığını etiraf etdilər. Mən o vaxt bu şəxslərə demişdim ki, vatx gələcək siz bizim qarşımızda cavab verəcəksiz".

Cavid Hüseyn bildirib ki, Şuşa türməsində Lüdvik Mktrçyanla Alyoşa Xosrovyanın iştirakı ilə gözümü çıxardılar: "1995-ci ildə Yohan adlı ermənilərin "milli qəhrəman"ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, mən müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözünü çıxardı. Dedilər ki nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib".

Mkrtiçyan Lüdvik bildirib ki, 4 dəfə Azərbaycan dövlət sərhədini pozub. Onun sözlərinə görə, 1993-cü ildə Xankəndinə gəlib: "Biz həmin dövrdə Xankəndinin Azərbaycanın şəhəri olduğunu bilməmişəm. Həmin dövrdə Şuşanın yanından keçsə də, Şuşa şəhərində olmamışam". Xosrovyan Alyoşa Aramaisoviç deyib ki, 1994-cü ildə Şuşa şəhərində olub.

Hakim məhkəmə istintaqının tamamlanması təklif edib. Prokuror növbəti iclasda məhkəmə istintaqının tamamlanmasını təklif edib.

Növbəti proses iyulun 28-də davam edəcək.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az