Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib.
Demokrat.az xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.
“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu yazıb.
Dəyərli qardaşım - Azərbaycan Respublikasının Xarici İşlər naziri @bayramov_jeyhun başda olmaqla, bütün Azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu! 🇹🇷🇦🇿 pic.twitter.com/qa9Shygu6E
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) July 9, 2021
Vaqif Demokrat.az


