“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən "Teklifimvar" portalına daha bir təklif reallaşdırılıb.
Demokrat.az xəbər verir ki, bir müddət öncə portala daxil olan təklifdə deyilirdi:
"Salam, bizim həyətdə yerləşən idman meydançası yararsız hala düşüb. İdman meydançası Xəzər rayonu, Rasim İvanov küçəsi 4 ünvanında yerləşir. Meydançada quraşdırılan idman avadanlıqlarının və hasarın təmir edilməsini xahiş edirəm."
Bu təkliflə bağlı bir müddət sonra “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Rasim İvanov küçəsi 4 ünvanında yerləşən idman meydançasında skamya quraşdırılıb, idman avadanlıqlarının yerləşdiyi bölmə və futbol meydançasının hasarı təmir edilib.
Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Heydər Əliyev Fondunun təşəbbüsü ilə 12 fevral 2016-cı il tarixdə təsis olunub.
Demokrat.az


