Serbiyada etiraz aksiyaları davam edir

DÜNYA 06 yan 2019, 10:03

Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib. 

Demokrat.Az xəbər verir ki, “beş milyondan biri” şüarı ilə keçirilən aksiyada qarlı hava şəraitinə baxmayaraq, minlərlə insan iştirak edib.

Etirazçılar Belqradın mərkəzi küçələri ilə hərəkət edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, etiraz aksiyaları Serbiyada bir aydan çoxdur davam edir. Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində təşkili planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top