Siyasət

“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olundu — FOTO

“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olundu — FOTO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, təlimlərin növbəti günündə ssenariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

D
demokrat.az