Siyasət

Paylaşımlarına münasibət bildirməyənləri vicdansız adlandıran deputat: "Çağırışımda təhqir yoxdur"

Paylaşımlarına münasibət bildirməyənləri vicdansız adlandıran deputat: Çağırışımda təhqir yoxdur

"Qısa zaman kəsiyində çağrışıma cavab verib dostluğumu (Feysbukda-red) tərk edənlərə və yeni dostluq təklifi göndərənlərə təşəkkür edirəm. Eyni zamanda təklifimə dəstək verənləri alqışlayıram".

Demokrat.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.

E.Əliyev çağırışında təhqir olmadığını bildirib: "Dahi Sokrat deyirdi: “savadsızlıq bəla deyil, bəla olan nadanlıqdır.”"

Qeyd: Deputat bundan öncəki statusunda paylaşımlarına reaksiya verməyən dostlarını təhqir etmişdi. O, həmin şəxsləri dostluğundan çıxaracağını vurğulamışdı. E. Əliyevin sözlərinə görə, onun feysbukda 5000 dostu var və paylaşımlarına kim münasibət bildirmək istəmirsə, dostluğu tərk etməlidir: “Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəyəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”.

Millət vəkilinin statusu birmənalı qarşılanmayıb. /pravda.az

D
demokrat.az