İdman

Azərbaycanda çempionluq oyununun vaxtı müəyyənləşdi

Azərbaycanda çempionluq oyununun vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

Demokrat.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq və saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt” “ASCO Arena” (canlı/Pfl.az)

18:00. “Sabah” – “Zirə” “Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

18:00. “Keşlə” – “Qəbələ” “ASK Arena” (canlı/Pfl.az)

20:30. “Neftçi” – “Qarabağ” “Dalğa Arena” (canlı/”CBC/Sport”).

D
demokrat.az