Zəngəzurda Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı aparılan danışıqlar başa çatıb.
Demokrat.azbildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. “Əldə edilmiş razılığa əsasən danışıqlar sabah saat 14.00-da davam etdiriləcək”-deyə məlumatda vurğulanır.
Bu gün aparılan danışıqlar nəticəsiz qalıb. Azərbaycan demarkasiya ilə bağlı yerləşdiyi ərazini tərk etməyib.
Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da iştirak edib.


