Gündəm

“Bu səfər onu göstərdi ki, DTX bütün təhdidlərin qarşısını almağa hazırdır” — VİDEO

“Bu səfər onu göstərdi ki, DTX bütün təhdidlərin qarşısını almağa hazırdır” — VİDEO

Bir neçə gün öncə Gürcüstan dövləti Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb. Məlumata görə, “humanitar yük” adı altında Ermənistana aparılması nəzərdə tutulan nəqliyyat vasitələri bir aya yaxındır ki, neytral zonada saxlanılır. Belə bir ərəfədə Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə görüşüb. Görüşdə iki ölkə arasındakı təhlükəsizlik məsələləri başlıca müzakirə mövzusu olub.

Təhlükəsizlik Xidməti rəhbərinin Gürcüstanda olması, həmçinin qonşu ölkənin Ermənistana gedən hərbi yükləri saxlaması ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Demokrat.az-a maraqlı məqamları açıqlayıb.

“Bu səfər onu göstərdi ki, DTX bütün təhdidlərin qarşısını almağa hazırdır” — VİDEO

Onun sözlərinə görə, Ermənistana hərbi yüklərin daşınması həm də sülhməramlıların fəaliyyəti ilə bağlıdır:

“Gürcüstan həm hava, həm də quru yolu ilə humanitar yardımdan başqa digər bütün yükləri Ermənistana göndərilməsini qadağan etmişdi. Faktiki olaraq, istər pandemiya dövründə, istərsə də digər vaxtlarda bunun bizə böyük faydası vardı. Gürcüstanın bu mövqeyi Rusiyanı çətin vəziyyətə salmışdı. Çünki bu yükləri başqa yolla çatdırmaq imkanları yox idi. İran üzərindən çatdırmaq isə effekt vermirdi, çünki burda da ABŞ-ın müəyyən nəzarəti və etirazı vardı. Ona görə də Gürcüstanın bu mövqeyini təqdir edirik, amma əsas irad hədəfimiz Rusiya olmalıdır və bu məsələlərə aydınlıq gətirilməlidir. Hər kəs bilir ki, bu silah və hərbi yüklər bu və ya digər şəkildə Qarabağa gətirilir. Burdakı erməni hərbi birləşmələr silahlandırılacaqsa, onda sülhməramlılara nə ehtiyac var?

“Bu səfər onu göstərdi ki, DTX bütün təhdidlərin qarşısını almağa hazırdır” — VİDEO
Digər tərəfdən, dünən ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı oldu və bu zaman ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməyə çağırdı. Minsk qrupunun fəaliyyəti bərpa olunacaqsa, rusiyalı sülhməramlı hərbçilərin burdan çıxarılması məsələsi gündəmə gələcək. Rusiyanın isə azı beş ildə burdan getmək fikri yoxdur. Buna görə də, Azərbaycan həm beynəlxalq qüvvələrin təsiri ilə, həm də öz adından, həmçinin Türkiyənin mövqeyinin dəstəyi ilə koordinasiyalı şəkildə diplomatik addımlar atmalıdır. Bu məsələnin bölgədəki konfliktin həllinə tam mane olduğunu açıq şəkildə bəyan etməlidir.

Düşünürəm ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin səfəri həm də bu hadisə ilə bağlıdır.

Digər tərəfdən isə DTX rəisi məhz Qarabağ konfliktindən sonra iki dəfə Moskvada bu istiqamətdə Rusiyanın vasitəçiliyi ilə ermənistanlı həmkarı ilə görüşlər keçirib. Tərəflər həmin görüşlərdə müəyyən müsbət danışıqlara nail oldular. İndi DTX rəisi Əli Nağıyevin Gürcüstana məlum səfəri həm də o deməkdir ki, bu qurum təhlükə yarada biləcək bütün təhdidlərin qarşısını almağa hazırdır”.

“Bu səfər onu göstərdi ki, DTX bütün təhdidlərin qarşısını almağa hazırdır” — VİDEO

Milli Məclisin deputatı Vahid Əhmədov da Gürcüstanda hərbi yüklərin saxlanılmasının Azərbaycan-Gürcüstan əməkdaşlığının göstəricisi olduğunu vurğulayıb:

“Gürcüstanın Ermənistana gedən hərbi yükləri saxlamağını yüksək qiymətləndirirəm. Gürcüstan Azərbaycanın müttəfiqidir və bu ölkə indiyə qədər bu məsələlərdə düzgün addım atıb. Bu, ilk belə hal deyil, Gürcüstan əvvəllər də Ermənistana gedən hərbi yüklərin qarşısını alıb. Bu addım Gürcüstanın ciddi demokratik dövlət olduğunu bir daha sübut edir.

Yəqin ki, Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin səfəri çərçivəsində dövlət rəsmiləri arasında bu məsələ də müzakirə edilib. Ümumilikdə isə Rusiyanın bu addımını qəbul etmirəm. Bu dövlət bizim strateji əməkdaşımızdır və belə addımlar qəbuledilməzdir. Ermənistan şovinist dövlətdir, əgər ona dövlət demək mümkündürsə”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az