Sosial

Bakı gömrüyünün rəisi sahibkara zülm çəkdirir? — "Baş Prokurorluğa müraciət edəcəm"

Bakı gömrüyünün rəisi sahibkara zülm çəkdirir? — Baş Prokurorluğa müraciət edəcəm

"Bakı Baş Gömrük İdarəsində özbaşınalıq baş verir. İdarənin rəisi Kənan Məmmədov öz bildiyini edir, idarəni iqamətgah çeviribdi. İnsanlara zülm çəkdirir, mənə nə qədər ziyan vurubdu. Bu günə qədər o ziyanları hesablatdırmaqdayam".

Bu sözləri Demokrat.az-a açıqlamasında“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədovdan şikayət edərkən deyib.

Narazı sahibkar bildirir ki, bu günlərdə onu şikayəti ilə bağlı müvafiq qurumlara çağırır və baş verənlərlə bağlı maraqlanırlar:

"Artıq məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etmək fikrindəyəm. Konkret prokurorluğa, məsələ ilə bağlı sənədlər də hazırlanır. Artıq vəkilimlə müqavilə bağlamışam, yəni bu barədə konkret prokurorluğa müraciət olacaq. Axıra kimi də gedəcəm, çünki bu qədər olmaz. Çox güman ki, bu həftənin sonuna kimi sənədlər prokurorluğa veriləcək, oradan verilən cavabdan sonra məhkəməyə müraciət olacaq.Cənab Prezident bütün günü öz çıxışlarında deyir ki, sahibkarlara dəstək olun, sahibkarlara kömək edin. İqtisadiyyatımız sahibkarların əlindədir, bu sahə buradan yüksələ bilər. Nazirlər Kabinetindən, Prezident Administrasiyasından dəstək görürük, amma Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov öz bildiyini edir- deyə R.Aslanov qeyd edir.

"Düşünürəm ki, Kənan Məmmədov Bakı Baş Gömrük İdarısində daha cox lazımı işlərin görülməsinə diqqət etməsi bu dəqiqə biz sahibkarlara vacibdir və zəruridir, lakin general-mayor mənim “Lion Centre” MMC-in Binəqədi rayonu, Xocahəsən qəsəbəsindəki anbarıma getməsini daha vacib biliib. Bakı Baş Gömrük İdarəsinin həyətindəki, anbarlara baxış keçirilməsi Kənan Məmmədova sərf etmir. Orada onun özünün yaratdığı və himayə etdiyi karqoların, daşıyıcı şirkətlərin mallarına nəzarəti gücləndirmək məncə daha məqsədə uyğundur, nəyin ki, mənim anbarımda 1 adda olan və tam qanuni rəsmiləşdirmə keçən şüşə mallarım.

Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinini rəisi olduğunu görüb oranı sanki şəxsi özünün “imarətgahı” olduğunu zənn edir. Sahibkarlara süründürməçilik yaratdığı halda sonradan öz əlaltıları vasitəsi ilə yaratdığı broker xidmətinə yönəldir.

Mənim anbarımdan qanunsuz olaraq gəlib götürdükləri malları laboratoriyaya verildiklərini deyirlər və laboratoriyanın nəticəsi “şüşə mal” olduğunu bildirdilər. Zatən də həmin malların görünüşündən şüşə olduğu görünürdü. Kənan Məmmədovun peşakarlığı öz sübütunu göstərdi. “Lion Cenre” MMC-in şüşə mallarını brutto cəkisi (22600 kq) və netto çəkisi (21760 kq) və 70 kub metr 40 futluq konteynerdə olub. Gömrük statistikasına görə Cex xrustalının 1 kubu ağır olur, 500 ya 520 kq, təşkil edir. Rusiyanın və ya Belarisyanın xrustal malları isə yüngül olur 1 kubu 145 kq və ya 170 kq təşkil edir. Çex xrustalı olsa idi, 70 kubu 520 kq-ya vuranda 36400 kq edir. Rusiya və ya Belarusiya xrustalı olanda isə 70 kubu 170 kq-ya vurduqda 11900 kq təşkil edir. Kənan Məmmədovun isə qanunsuz olaraq arxivləşməyə icazə vermədiyi və öz bürokrat əməli ilə qeyri-qanuni mən sahibkarın 01211000081340 saylı gömrük bəyannaməsi üzrə saxladığı malın çəkisi (21760 kq) təşkil edirdi. İndi Kənan Məmmədovdav necə soruşaq ki bu hansıdandı? Xrustal ya şüşə? Bununla da bir daha xrustal qablarla şüşə qabın fərqini ayırd edə bilməyən gömrük general-mayorun yüksək “peşakarlığı” göz önündədir. Hörmətli cənab Prezident 13 gün ərzində mənim malımın arxivləşməməsi nəticəsində mənə xeyli miqdarda maddi ziyan dəyib. Mənim sahibkar nüfuzuma partyorlarım qarşısında xələl gətirilib. Orada həmin gün gömrük inspektoru, mənim işçilərim, anbarın işçiləri, vergi xidmətinin işçiləri olublar. Kənan Məmmədov tərəfindən vurulmuş maddi və mənəvi zərərə görə yaxın zamanlarda mən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalacağam" - deyə sahibkar şikayətində bildirib.

Xatırladaq ki, Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən sahibkar - “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını bildirmişdi.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovdan şikayətçi olan Ramil Aslanov gömrükdə üzləşdiyi qanunsuz fəaliyyətdən və süründürməçilikdən cana doyduğunu dilə gətirir.

Yazıda adı keçən şəxsin - Kənan Məmmədovun mövqeyini dərc etməyə hazırıq.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az