Ermənistanda hər zaman iqtisadi siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır. Vaxtilə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı- Tbilisi -Qars müqaviləsinin uzadıldı və ölkələr də buna imza atdı”.
Demokrat.Az“Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, dövlətlər arası, dövlət başçıları, xalqalar, millətlər arasında münasibətlər aydındır: “Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrənələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Fənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”.
Siyavuş Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir:“Rusiya palrmantində bir dənə Zatulun var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətləini dərk etməlidirlər”.
Demokrat.Az


