Sosial

Bu kəndlərin qaz problemi nə zaman həll olunacaq? — VİDEO

Bu kəndlərin qaz problemi nə zaman həll olunacaq? — VİDEO

Söhbət Oğuzun Mollalı, Şəkinin isə Qaratorpaq kəndlərindən gedir. Sakinlər bu qışı da qazsız keçirmələrindən şikayətçidirlər. "Azəriqaz"dan isə deyilir ki, problem diqqətdə saxlanır.

150 ailənin yaşadığı kənddə qaz yoxdur. Bura Oğuzun Mollalı kəndidir. Qaz xəttinin keçdiyi Qəbələ-Oğuz magistralından cəmi 3-4 km məsafədə yerləşən kəndə qaz çəkilmir.

Bənzər problemdən Şəki rayonunun Qaratorpaq kənd sakinləri də əziyyət çəkirlər. 100 ailənin yaşadığı kəndin sakinləri deyirlər ki, halbuki hələ sovet dövründə kənddə mavi yanacaq olub.

"Azəriqaz''ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov ''XəzərXəbər''ə dedi ki, ölkədə qazlaşdırma işləri müntəzəm şəkildə həyata keçirilir.

Qışın oğlan çağında soyuqdan əziyyət çəkən sakinlərin tək istəyi isə problemin qısa zamanda həll edilməsidir.

D
demokrat.az