Hadisə

İmişlidə azyaşlıları maşın vurdu, biri öldü

İmişlidə azyaşlıları maşın vurdu, biri öldü

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri, 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlunu yol kənarında dayanan zaman İmişli rayon sakini İmanov Mahir İlham oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil vurub.

Ağır bədən xəsarətləri alan 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu hadisə yerində ölüb. 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”

D
demokrat.az