Siyasət

Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra etdi — VİDEO

Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra etdi — VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları yerinə yetirir.

Təlim-məşqlər davam edir.

D
demokrat.az