Kriminal

Nərimanovda 16 yaşlı yeniyetmə tanışı tərəfindən bıçaqlandı

Nərimanovda 16 yaşlı yeniyetmə tanışı tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, tanışı tərəfindən mübahisə zəminində bıçaqlanan 2005-ci il təvəllüdlü Hüseynov Rüfəz İslam oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az