Azərbaycan Xankəndinə nəzarəti ələ almaq üçün real addımlara başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, bu məqsədlə Xankəndində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Dağlıq Qarabağ ərazisində görüş keçirib. Görüşdə Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri polkovnik Armen Abazyan da iştirak ediblər.
Görüş zamanı əsirlərin qaytarılması, itkin düşənlərin axtarışlarının təmin edilməsi və digər humanitar məsələlər müzakirə edilib. Bundan başqa, görüşdə 1990-cı illərdəki Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüş şəxslərin də məsələsi müzakirə olunub.
Qeyd edək ki, 10 noyabr və 11 yanvar görüşlərindən sonra Azərbaycan nəzarətindən kənar qalmış ərazilərdə dövlət suverenliyinin bərpası üçün ciddi addımlar atır. Bu görüş onu göstərir ki, Azərbaycan dövləti Xankəndi də daxil olmaqla bütün nəzarətsiz ərazilərə kontrolu ələ alır.
Vaqif Hüseynli Demokrat.az


