Maraqlı

Tanınmış dünya brendi Azərbaycanın “Eurovision” təmsilçisini "siması" elan etdi — FOTOLAR

Tanınmış dünya brendi Azərbaycanın “Eurovision” təmsilçisini siması elan etdi — FOTOLAR

Lüks İsveçrə saat markası "Raymond Weil" istedadlı gənc musiqiçi, "Aisel" ləqəbli Aysel Məmmədova brendin Azərbaycandakı siması elan edib.

Demokrat.Az-ın məlumatına görə, "Raymond Weil" öz "Freelancer Lady" kolleksiyanın ruhunu və xanımlığı mükəmməl təmsil edəcək istedadlı musiqiçi Aysel Məmmədova ilə tərəfdaşlığın davam etdirilməsi elan olunub.

Bu gün Bakıda "Raymond Weil" brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Aysel Məmmədova "Raymond Weil Freelancer Lady" saat kolleksiyası üçün “BRENDİN DOSTU” nominasiyası ilə təltif olunub.

"Raymond Weil" yarım əsrdən çoxdur ki, öz adını mediada ən uğurlu musiqiçilərlə birgə işıqlandırır. İsveçrəli saatsaz Maison operaya olan sevgisindən ilhamlanaraq, mükəmməl musiqiyə olan bağlılığını bütün saatlarının dizaynında da əks etdirir. Bu gün dünyaca məşhur musiqiçilərlə əməkdaşlıq edən "Raymond Weil"musiqiyə olan ehtiramını və sevgisini bütün qlobal marketinq strategiyasında istifadə edərək bütün səviyyələrdə) musiqini və musiqiçiləri dəstəkləyir.

"Raymond Weil" yarım əsrdən çoxdur ki, İsveçrəli saatsazın və onun ailəsinin adını daşıyaraq, saat modellərində bu ailənin köklü mədəniyyətini və musiqiyə olan sevgisini təcəssüm etdirir.

Müstəqil ailə şirkəti olaraq "Raymond Weil" kübar xanımlar və kişilər üçün təkrarolunmaz klassik və zərif saatların istehsalı ilə İsveçrə saat sənayesində xüsusi yer alır.

1976-cı ildə əsası qoyulan şirkət hal-hazırda, markaya öz adını verən Raymond Weilin nəvəsi Elie Bernheim tərəfindən idarə edilir. Əsas mərkəzi Cenevrədə yerləşən şirkət ildən ilə inkişafını davam etdirərək bu gün İsveçrədə lider mövqeyə malik saat şirkətlərindəndir. Musiqi və incəsənətin dünya üçün əhəmiyyətini tükənməz ilham və yaradıcılıq mənbəyi kimi ifadə edən Raymond Weil bununla da öz markasının fərqli duruşunu və xarakterini formalaşdırır. Musiqi və sənət brendin fəaliyyətini stimullaşdırır və ikitərəfli əməkdaşlıqlarda sənətkarları, musiqiçiləri, nüfuzlu mükafat mərasimləri ilə beynəlxalq tərəfdaşlıqları ruhlandırır və gücləndirir.

40 ildən artıq saatsazlıq təcrübəsinə malik olan İsveçrə brendi "Raymond Weil" əsrlər boyu İsveçrədə əldə edilmiş saatsazlıq bacarıqları və təcrübələrini ön plana çıxarır. Həssaslıq, keyfiyyət, etibarlılıq, zadəganlıq və yüksək texnologiyalı materiallar brendin fəlsəfəsinin ən önəmli standartlarıdır.

"Raymond Weil" brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq dünya şöhrətli Isveçrə saat markalarının ölkəmizdə tanınması və sevilməsində əsaslı rol oynayır.

VMF şirkətinin təsisi eyni zamanda ölkədə kejfiyyətli və orjinal saat mədəniyyətininin yaradılmasının və formalaşmasının da təməlinin qoyulması addımı idi.

Bu gün insanların güvənərək və sevərək aldığı İsveçrə saatları, bazara ilk dəfə məhz VMF Şirkəti tərəfindən təqdim olunub və 20 ildən çoxdur ki, bu mədəni irsin inkişafı uğurla davam etdirilir.

VMF-in müştərilərinə yüksək səviyyədə xidmətinin numünəsindən biri də, ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə məhz eyni anda öz alıcılarına təqdim etməsidir.

2001-ci ildən Raymond Weil brendi ilə əməkdaşlıq edən və 2012-ci ildə “Raymond Weil” butikini açan VMF Şirkətinin yaradılması Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim innovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev Azərbaycanda saat mədəniyyətinin təməlini qoyaraq yaratdığı VMF, bu gün dünya şöhrətli 18 saat markasını bir arada toplayaraq, 16 satış məntəqəsində təmsil olunur.

Demokrat.Az

D
demokrat.az