Qarabağ

Rusların Qarabağa gətirdiyi ermənilər burada yaşamaq istəmir

Rusların Qarabağa gətirdiyi ermənilər burada yaşamaq istəmir

Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilər burada yaşamaq istəmir.

Səbəblər çoxdur:

- İşğal dövründə əksər erməninin yeganə dolanışıq sahəsi olan əkinçilik və heyvandarlıqdan məhrum olublar: əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir;

- Rusiyanın ermənilərə verdiyi humanitar yardımların miqdarı mövcud problemlər fonunda cüzidir: erməni mənbələr Qarabağa qayıdanların qida problemi ilə üzləşdiyini yazır;

- Ticarət əlaqələrinin itməsi burada yaşamaq üçün heç bir perspektiv qoymur;

- Əlil olan hərbçilərin də işləmək üçün yeri, o cümlədən, yaşamaq üçün təminatı yoxdur;

- Əksər erməninin müvəqqəti qayıtdığı, əsas məqsədlərinin evlərini satmaq, qalan əşyalarını toplamaq olduğu haqda məlumatlar var;

Asif Nərimanlı Demokrat.az

D
demokrat.az