İdman

Millimiz səfərdə Yunanıstanı məğlub etdi

Millimiz səfərdə Yunanıstanı məğlub etdi

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında keçirilən matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3.

2 fevral

AÇ-nin seçmə mərhələsi III qrup Yunanıstan - Azərbaycan - 0:3 Qollar: Vassura, 1.04, Eduardo Borqes, 1.38, Ramiz Çovdarov, 25.58 Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland). Afina. "Daiss" İdman Sarayı.

D
demokrat.az