Sosial

Orta məktəblərdə əyani tədris bu gündən bərpa olunur

Orta məktəblərdə əyani tədris bu gündən bərpa olunur

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində əyani tədris bərpa olunur.

Demokrat.az-ın məlumatına görə, 1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur.

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır.

Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

D
demokrat.az