İdman

"Atletiko"nun 2 futbolçusu koronavirusa yoluxdu

Atletikonun 2 futbolçusu koronavirusa yoluxdu

İspaniyanın "Atletiko" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Mario Ermoso və yarımmüdafiəçi Yannik Ferreyra-Karraskonun test nəticələri müsbət çıxıb.

Hər iki oyunçu təcrid olunub.

Qeyd edək ki, La Liqada 47 xalla turnir cədvəlinə başçılıq edən "Atletiko" yanvarın 31-də XXI tur çərçivəsində "Kadis"lə qarşılaşacaq.

Demokrat.az

D
demokrat.az