Sosial

Vilayət Eyvazov polis bölməsinin rəisini vəzifədən azad etdi

Vilayət Eyvazov polis bölməsinin rəisini vəzifədən azad etdi

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Demokrat.az

D
demokrat.az