İqtisadiyyat

Büdcədə 427 milyon manat artıqlıq yaranıb

Büdcədə 427 milyon manat artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub.

Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə gələn vəsaitlər 34,2% artıb.

Bu dövrdə büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artıqdır.

Nəticədə büdcənin icrasında 427 milyon manatlıq profisit yaranıb. (Fed.az)

D
demokrat.az