Sosial

"Məcburi köçkünlərin 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır"

Məcburi köçkünlərin 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır

"Məcburi köçkünlərin 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır".

Demokrat.az xəbər verir ki, bu haqda məlumat Sosial Tədqiqatlar Mərkəzinin "Qarabağa qayıdış”-sorğu hesabatında yer alıb. Sorğunun nəticələrinə əsasən gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.

Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.

Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.

Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.

Respondentlərin 86%-i işğal altında olan, eləcə də artıq azad edilən ərazilərimizin hazırki təsvirlərini (şəkil, video və s.) görsə də, 13%-i bu görüntüləri görməyib.

D
demokrat.az