Sosial

Koronavirusun yeni ştammının Azərbaycana gəlmə təhlükəsi varmı? — VİDEO

Koronavirusun yeni ştammının Azərbaycana gəlmə təhlükəsi varmı? — VİDEO

"Koronavirusun müəyyən edilmiş yeni ştammının ölkəmizə gəlmə təhlükəsi hələ ki, yoxdur".

Demokrat.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir:

"Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir".

Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, koronavirusun yeni variantına ilk dəfə Böyük Britaniyada rast gəlinib.

D
demokrat.az