Sənaye və energetika

Bəzi ölkələrdə benzin və dizelin qiyməti — SİYAHI

Bəzi ölkələrdə benzin və dizelin qiyməti — SİYAHI

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.

Hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün: -Rusiyada 1,0 manat; -Ukraynada 1,72 manat; -Belarusda 1,14 manat; -Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti; -Türkiyədə 1,44 manat; -Rusiyada 1,12 manat; -Ukraynada 1,72 manat; -Belarusda 1,21 manat; -Ermənistanda 1,19 manat; -Gürcüstanda 1,15 manat səviyyəsindədir; -Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir; -Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

"Report"

D
demokrat.az