Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.
Paşinyan və Overçuk Dağlıq Qarabağda yaranmış vəziyyəti, humanitar yardımı müzakirə ediblər. Tərəflər həmçinin əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi, eləcə də Ermənistan-Rusiya əlaqələri ətrafında müzakirələr aparıblar.
Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər.


