Spiker: Ölkənin valyuta ehtiyatları 45 milyarda çatıb

İQTİSADİYYAT 13 noy 2018, 14:10

Milli Məclisdə plenar iclaslarda 2019-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılıb.

İclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası bu il də davam etdirilib:

“Makroiqtisadi sabitlik bu il də qorunub-saxlanılıb. Konkret olaraq, ölkənin valyuta ehtiyatları 3 milyard artaraq, 45 milyarda çatıb. 2019-cu ilin büdcəsinin əsas göstəricisinə gəlincə, bu, məqsədli layihələr üzrə xərclənmədə olacaq.

Belə ki, məqsədli layihələr büdcənin 42 faizini təşkil edir. Büdcənin 32 faizini isə sosialyönümlü xərclər təşkil edir ki, bu da bir daha büdcənin sosialyönümlü olmasına dəlalət edir”. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top