Hava limanına eniş edən təyyarədə nasazlıq yarandı

İNFRASTRUKTUR 24 apr 2024, 20:39
Göyərtəsində 213 nəfər sərnişinin olduğu təyyarə Yaponiyanın şimalındakı hava limanına enərkən mühərrikdə nasazlıq yaranıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Yaponiya dövlət televiziyası “NHK” məlumat yayıb.

Məlumata görə, “All Nippon Airways”ın 71 nömrəli reysi şimal Hokkaydo bölgəsindəki hava limanına eniş edib. 

Neft sızması səbəbindən uçuş-enmə zolağının ortasında nasazlıq yaranan təyyarənin qanadlarından ağ tüstü qalxıb. 

Yanğınsöndürənlər tüstüyə dərhal müdaxilə edib, sərnişinlər təxliyə edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top