Dünya

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb.

Demokrat.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son gündə simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alındığını açıqlayıb.

Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 118 255 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 970 803 nəfər sağalıb, 19 371 nəfər isə ölüb.

D
demokrat.az