Hadisə

Bakıda qadın üzərinə benzin tökərək özünü yandırdı

Bakıda qadın üzərinə benzin tökərək özünü yandırdı

Bakıda qadın özünü yandıraraq intihar edib.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Sevinc İbadova yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası gəlsə də, ağır yanıq xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.(apa.az)

D
demokrat.az