Hadisə

Bakıda gənc oğlanı maşın vurdu

Bakıda gənc oğlanı maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayonun Dilarə Əliyeva küçəsində yolu keçən 1999-ci il təvəllüdlü Əliyev Cavid Vəlixan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Demokrat.az

D
demokrat.az