Sosial

Bakıda "Bayraktar" şirkəti yaradıldı

Bakıda Bayraktar şirkəti yaradıldı

Türkiyənin məşhur pilotsuz uçuş aparatlarının (PUA) adı ilə bağlı Bakıda şirkət yaradılıb.

Demokrat.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, "Bayraktar" MMC dövlət qeydiyyatına alınıb. Məlumata görə, hüquqi ünvanı Binəqədi rayonu, Ə.Naxçivani ev.4 m.35. olan şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Qəribov İlham İslam oğludur.

Qeyd edək ki, sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ermənistan üzərində qələbə qazandı. Və qələbəni şərtləndirən amillərdən biri də Azərbaycanın Türkiyədən aldığı "Bayraktar" PUA-ları olub. Bu PUA-ların düşmən texnikasını dəqiqliklə məhv etməsi və bununla bağlı yayılan video görüntülər təkcə regionda deyil, dünyada da şöhrət qazanmasına səbəb olub.

D
demokrat.az