İdman

AFFA rəsmisi Türkiyə - Rusiya matçına təyinat aldı

AFFA rəsmisi Türkiyə - Rusiya matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, Mehtiyeva Millətlər Liqasında Türkiyə və Rusiya yığmaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 15-də İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Demokrat.az

D
demokrat.az