İdman

"Qarabağ"dan ardıcıl 3-cü məğlubiyyət

Qarabağdan ardıcıl 3-cü məğlubiyyət

"Qarabağ" Avropa Liqasının 3-cü turunda Türkiyənin "Sivasspor" klubuna məğlub olub.

Demokrat.az-ınxəbərinə görə, səfərdə rəqibinə iki cavabsız qolla uduzan təmsilçimiz hər hissədə qapısında bir top görüb.

Qrupdakı ardıcıl 3-cü məğlubiyyətdən sonra "Qarabağ" növbəti mərhələ şansını heçə endirib.

Avropa Liqası "I"qrupu, III tur 5 noyabr

“Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0 Qollar: Caner Osmanpaşa, 11, Olarenvayu Kayode, 88

Baş hakim: Sandro Şarer (İsveçrə)

“Sivasspor”: 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 8. Robin Yalçın, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 6. Klaudemir, 17. Ərdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kasimir Rodriqe Ninqa, 76. Faysal Fayr,

Ehtiyat oyunçular: 25. Muammer Zülfikar, 5. İsak Kofie, 10. Yasin Öztəkin, 2. Aruna Kone, 7. Maks-Alain Qradel, 19. Kubilay Eren Şahin, 80. Olarenvayu Kayode. Baş məşqçi: Rza Çalımbay

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 77. Vild-Donald Gerye, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı;

Ehtiyat oyunçular:4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 22. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov Baş məşqçi: Qurban Qurbanov.

Sivas. “Yeni 4 Eylül” stadion

D
demokrat.az