İdman

"Neftçi" "Qarabağ"a qalib gəldi

Neftçi Qarabağa qalib gəldi

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Səbail" autsayderlər qrupunda yer alan "Keşlə"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 16-a çatdıran Aftandil Hacıyevin komandası 3-cü pilləyə yüksəlib.

Turun mərkəzi görüşü isə "Bakcell Arena"da olub. Burada çempionatın lideri "Neftçi" ikinci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1

Bu komandalar arasında ilk dövrədə "Azersun Arena"dakı görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.

Topaz Premyer Liqası, 9-cu tur

28 oktyabr (bazar)

17:00. “Neftçi” – “Qarabağ” - 3:1

Qollar: Abbas Hüseynov, 10-avtoqol, (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 88 (3:1) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə “Bakcell Arena”

15:00. “Səbail” – “Keşlə” - 2:1

Qollar: Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0), Denis Silva, 90+2 (2:1) Qırmızı vərəqə: Yevgeni Koçuk, 48-ikinci sarı vərəqə ("Səbail") Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov “Bayıl Arena”

27 oktyabr

18:00. “Sumqayıt” – “Qəbələ” - 2:2

16:00. “Sabah” – “Zirə” - 2:1

D
demokrat.az