Gündəm

Azərbaycanla Pakistan birbaşa aviareyslərə başlayacaq

Azərbaycanla Pakistan birbaşa aviareyslərə başlayacaq

Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında məlumat verib.

“Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”,- deyə səfir qeyd edib.

D
demokrat.az