İdman

Messi və Ronaldosuz "El Klasiko" - Uzun illərdən sonra

Messi və Ronaldosuz El Klasiko - Uzun illərdən sonra

Bu gün İspaniya La Liqasının 10-cu turunda əzəli rəqiblər – “Barselona” və “Real Madrid” qarşılaşacaq.

Uzun müddətdən bəri “El Klasiko”da ilk dəfə Lionel Messi və Kriştianu Ronaldodan hər hansı biri olmayacaq. Belə ki,Messi 2004-cü ildən bumöhtəşəm oyunda iştirak edirdisə, Ronaldonun2009-cu ildə "Real" transfer olunması ilə klubların rəqabəti daha da artdı.

Robaldo Real Madriddən ayrılması səbəbiylə oyunda iştirak edə bilmədiyi halda, Messi zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcək. Kataloniya təmsilçisində Samüel Yumtiti və Tomas Vermalen, “Kral klubu”nda isə Daniel Karvaxal və Mariano Diasın oyunda iştirak edib-etməyəcəyi matç saatlarında dəqiqləşəcək.

“Nou Kamp” stadionunda Bakı vaxtı ilə saat 19:15-də başlanacaq “El Klasiko”nu Xose Mariya Sançes Martines idarə edəcək.

1916-cı ildən etibarən iki komanda arasında 237 rəsmi oyun keçirilib. “El Klasiko”da 95 dəfə “Real Madrid”, 93 dəfə “Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də “Kral klubu”nun xeyrinədir – 401:387.

yenicag.az

D
demokrat.az