Ceyhun Bayramov: “Azərbaycanın tarixi həqiqətə əsaslanan mövqeyini Amerika tərəfinə çatdırdıq” (VİDEO)

GÜNDƏM 24 okt 2020, 17:44

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqton şəhərində ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.


C.Bayramov M.Pompeo ilə görüşdə münaqişə ilə bağlı son vəziyyəti, xüsusilə, Ermənistanın humanitar atəşkəsə çağırış etməsinə baxmayaraq, buna əməl etməməsi, mülki əhalini hədəf alması, Ermənistanın terrorçu ekstremist qüvvələrdən, həmçinin, muzdlulardan Azərbaycana qarşı istifadə etməsi ilə bağlı məsələləri müzakirə edib.


Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi bəllidir:


“Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq ictimaiyyətə, beynəlxalq mətbuata verdiyi müsahibələrində də qeyd edib. Bu gün bizim əsas məqsədimiz Azərbaycanın tarixi həqiqətə, beynəlxalq hüquqa əsaslanan mövqeyini Amerika tərəfinə çatdırmaqdır. Ermənistan son zamanlar, xüsusilə də 27 sentyabrdan başlayan hərbi təxribatlar törədərək, Azərbaycanın mülki əhalisini atəşə tutublar. Bilirsiniz ki, Ermənistan silahlı qüvvələri hər zaman mülki əhalini atəşə tutub. Azərbaycan dövləti müəyyən mənada öz vətəndaşları qarşısında olan öhdəliyini yerinə yetirməli idi və Ermənistanın təxribatlarına adekvat cavab verildi. Bu müddət ərzində Azərbaycan silahlı qüvvələri uzun müddət düşmən işğalı altında olan ərazilərimizi azad etdilər və bu proses davam etdirilir”.


C.Bayramov bildirib ki, çoxsaylı müraciətlərə uyğun olaraq Azərbaycan humanitar atəşkəsə razılıq verdi lakin Ermənistan humanitar atəşkəsin şərtlərinə əməl etmədi:


“Həmin humanitar atəşkəsin pozulması Ermənistan tərəfindən oldu. Burada əsas məqsəd Ermənistanın hərbi-siyasi rəhbərliyinin itirilmiş mövqeləri qəbul edə bilməməsidir. Onlar humanitar atəşkəs adı ilə Azərbaycan silahlı qüvvələrinə zərbələr endirmək istədilər. Amma təbii ki, Azərbaycan silahlı qüvvələri buna layiqli cavab verib. Çünki, humanitar atəşkəs birtərəfli ola bilməz”.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top