İbrahim Kalın: “Türkiyə və Azərbaycan çiyin-çiyinə hər cür təhdidə qarşı mübarizəyə davam edəcək”

SİYASƏT 18 oktyabr 2020, 21:14

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib.

 

O, “Twitter” hesabında iki qardaş ölkənin bayraqlarını paylaşıb.

 

“Tək millət iki dövlət şuarı ilə Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Türkiyə və Azərbaycan əl-ələ, çiyin-çiyinə, qəlb-qəlbə hər cür təhdidə qarşı mübarizəyə davam edəcək.

 

Həm meydanda, həm masada haqqını və hüququnu heç kimə yedirtməyəcək”, - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top