ABŞ-da atışma zamanı uşaqlar da daxil olmaqla 7 nəfər yaralandı

DÜNYA 18 okt 2020, 09:59

ABŞ-ın Mesa şəhərində (Arizona ştatı-red) avtomobil dayanacağı yaxınlığında baş verən atışmada azı 7 nəfər xəsarət alıb.


"Report" xəbər verir ki, bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.


Telekanalın məlumatına görə, naməlum şəxslər ərzaq köşkünün qarşısında toplaşmış şəxslərə atəş açıblar. Hüquq-mühafizə orqanlarının nümayəndəsi qeyd edib ki, xəsarət alanlar arasında 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Xəsarət almış 1 yaşlı uşağın vəziyyəti ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top