İdman

Millimiz Kiprlə bacarmadı — YENİLƏNİB

Millimiz Kiprlə bacarmadı — YENİLƏNİB

Millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, Canni De Byazinin komandası 4-cü turda Kipr yığması ilə qarşılaşır. Albaniyanın Elbasan şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz növbəti qələbəsini qazanmağa çalışacaq.

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.

Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.

13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur

Azərbaycan – Kipr - 0:0 Baş hakim: Fran Yoviç (Xorvatiya) Elbasan (Albaniya). “Elbasan Arena”

27-ci dəqiqədə millimizin üzvü Qara Qarayev penaltini dəqiq yerinə yetirə bilməyib.

Qol.az

D
demokrat.az