Rusiyada məktəb müəllimi dörd yaşlı oğlunu asdı

DÜNYA 12 okt 2020, 12:30

Məktəb müəllimi olan qadın mənzilində dörd yaşlı oğlunu asıb.


TASS-ın məlumatına görə, dəhşətli hadisə Rusiyanın Moskva əyalətində qeydə alınıb.


Uşağın meyitini işdən evə qayıdan ata aşkarlayıb.


Bildirilir ki, ailədə daha üç uşaq var.


43 yaşlı qadın cinayətin motivini açıqlaya bilməyib. O, psixoloji-psixiatrik ekspertizadan keçəcək.


Bundan başqa onun əvvəllər psixiatrın qəbulunda olduğu barədə məlumatlar araşdırılır.

 
Faktla bağlı cinayət işi açılıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top