Bu gün Qırğızıstanda parlament seçkiləridir

DÜNYA 04 okt 2020, 09:17

Bu gün Qırğızıstanda ölkə parlamentinə səsvermələr keçiriləcək.

 

Demokrat.az xəbər verir ki, siyasi partiyalar təşviqat kampaniyasını şənbə günü başa çatdırıblar.

 

Səsvermələr 2 min 475 seçki məntəqəsində keçiriləcək. Seçki məntəqələrindən 45-i ölkədən xaricdədir.

 

Qırğızıstan parlamentinə seçkilər sanitar-epidemiologiya təhlükəsizliyi şəraitində keçirilir.

 

Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki məntəqələrində səsvermə günü təmassız temperatur nəzarəti və sosial məsafə təşkil ediləcək. Seçki komissiyalarının üzvləri və seçicilər fərdi müdafiə vasitələri ilə təmin olunacaqlar.

 

MSK-nın təsdiq edilmiş qrafikinə əsasən, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 06:00-da) açılacaq və 20:00-da (saat 18:00) bağlanacaq. Ölkədə cəmi 3,5 milyon seçici qeydə alınıb, onlardan 32,5 mini xaricdədir.

 

Ölkə parlamentinə seçkilərdə 16 siyasi partiya iştirak edir. /“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top