"Sizlərə daha bir xoş xəbərim var. İngiltərə Parlamenti (Nümayəndələr Palatası), erməni qüvvələrinin işğal etdikləri torpaqlardan dərhal çıxmasının zəruri olması ilə bağlı qərar qəbul edib. Qərarında BMT TŞ müvafiq 4 qətnaməsinə istinad edib".
Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev bildirib.
Hüquqşünas daha sonra əlavə edib ki, İngiltərənin belə bir qərar alması, savaşı davam etdirməyimizə kömək edən ciddi bir beynəlxalq hüquq alətidir. Çünki İngiltərə BMT TŞ-nın veto hüququna sahib daimi üzvlərindən biridir.
"Ermənistanın silahlı qüvvələri ya torpaqlarımızdan çıxıb getməlidir, ya da ki müharibə qaydalarına uyğun olaraq məhv ediləcəkdir"- deyə Fərhad Mehdiyev vurğulayıb.


