Gündəm

Prezident İlham Əliyevdən Makrona 2 diplomatiya dərsi

Prezident İlham Əliyevdən Makrona 2 diplomatiya dərsi

Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Və Prezident İlham Əliyev Makrona diplomatiya dərsi keçib.

Birincisi, Prezident bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Yani, get işinlə məşğul ol, Azərbaycan öz torpaqlarını işğaldan azad edir.

İkinci dərs.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Yəni, hücuma keçən ermənistan, sülhü pozan ermənistan, terror törədən ermənistan, sən mənə zəng edirsən?

Sənan Nəcəfov Demokrat.az

D
demokrat.az