Bakının Binəqədi rayonunda komendant saatı vaxtında qanunsuz olaraq küçəyə çıxan bir qrup şəxs cərimə olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abdullayev Samiq Fərhad oğlu, Ağasiyev Elşən Məhəmməd oğlu, İsgəndərov Elnur Razim oğlu, Mədətli Elşən Vahid oğlu və Rəsulzadə Kamran Kamil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci (xüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) maddəsi ilə protokol tərtib olunub.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən tərtib olunun protokol inzibati qaydada baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda məlum olub ki, barələrində inzibati qaydada protokol tərtib olunan şəxslər Binəqədi rayonu, Biləcəri qəsəbəsində saxlanılıblar.
Məhkəmənin qərarı ilə onların hər biri barəsində 50 manat miqdarında cərimə olunublar.
Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda komendat saatı qaydasını pozmaqda ittiham olunan Zabitov İsmayıl Camal oğlu, Mehtiyev Namiq Yaqub oğlu da 50 manat miqdarında cərimə olunublar.
Fariz Məlikli Demokrat.az


