Roma Papası ABŞ-ın dövlət katibi ilə görüşdən imtina etdi

DÜNYA 30 sen 2020, 18:22

Roma Papası Fransisk ABŞ-ın dövlət katibi Maykl Pompeonu Vatikanda qəbul etməkdən imtina edib.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Vatikanın diplomatik xidmətinin başçısı arxiyepiskop Pol Riçard Qallaxer də təsdiqləyib.


Bildirilib ki, Maykl Pompeonun Avropa ölkələrinə səfəri başlayıb. Səfər çərçivəsində ABŞ-ın Vatikandakı səfirliyi sentyabrın 30-da  “Dini azadlığın müdafiəsinin problemləri” mövzusunda simpozium təşkil edib.


Qallaxer jurnalistlərə bildirib ki, ABŞ-da prezident seçkisi qabağı kampaniya çərçivəsində keçirildiyindən Papa Fransisk bu tədbirə qatılmayıb. Onun sözlərinə görə, Papanın iştirakı təbliğat kampaniyasına cəlb kimi dəyərləndirilə bilər.


Qallaxer tədbirlə bağlı iradlarını da bildirib: “Mən simpoziumda cəmi 2 dəqiqə çıxış etdim. Bu, düzgün deyil”.


Qeyd edək ki, Maykl Pompeo oktyabrın 1-də Vatikanı ziyarət edəcək. Orada Qallaxerlə də görüşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top